Sanatoriya Naftalan – Ən ucuz qiymətlər






Naftalanda ən məşhur sanatoriyalar

Gold Naftalan
Gold & Spa Naftalan 5*

Qiymətlər: 96 AZN-dən başlayaraq

Sun city Naftalan

Sun City & Spa Naftalan 4*

Qiymətlər: 94 AZN-dən başlayaraq

Karvan Naftalan
Karvan hotel Naftalan 4*

Qiymətlər: 60 AZN-dən başlayaraq

Murov Naftalan 4*

Qiymətlər: 60 AZN-dən başlayaraq

Nafta Hotel & Spa 4*

Qiymətlər: 90 AZN-dən başlayaraq

Gozel Naftalan

Gözəl Naftalan 3*

Qiymətlər: 30 AZN-dən başlayaraq

Sehirli Naftalan
Sehirli Naftalan 3*

Qiymətlər: 35 AZN-dən başlayaraq

Naftalanda yerləşən sanatoriyalar haqqında qısa məlumat

Qarabag Spa & Resort Naftalan

Qarabağ Spa & Resort beşulduzlu otel statusuna malik olan və qonaqların rahat istirahəti, müalicəsi üçün hər cür imkanlara malik sanatoriyadır. Burada otaqlarda balkon, isitmə və soyutma sistemləri, tərlik, bornoz, duş, hamam otağı vardır. Əlillər üçün hər cür şərait yaradılıb. Hər zaman qonaqların rahatlğını düşünən Qarabağ Spa&Resort  sanatoriyasında 2 lift, açıq və qapalı hovuz, mini qolf, basketbol meydançası vardır.

Müalicə üçün lazım olan bütün prosesurlar sanatoriyanın binasının daxilində yerləşir. Eyni zamanda kiçik yaşlı qonaqlar üçün də hər cür şərait yaradılıb. Belə ki, sanatoriyada uşaq oyun otağında həm siz ovladlarınızı etibarlı əllərə əmanət edərək müalicə və istirahətinizdən zövq alacaqsınız.

Eyni zamanda sanatoriyada idman zalı, stolüstü oyunlar, sauna və duz otağı, bilyard, stolüstü tennis, kitabxana və çay otağı vardır. Burasa siz həm milli, həm də Avropa mətbəxinə aid ləziz təamlardan dada bilərsiniz. Qonaqlar üçün həm də pəhriz yeməkləri hazırlanır.

Gashalti Health Hotel Naftalan

Qasalti Health Hotel Naftalan (Qaşaltı Sağlamlıq Oteli Naftalan), Azərbaycanın Naftalan şəhərinin gözəl güşəsində 5-ulduzlu bir kurort kompleksidir. Gashalti Health Hotel beşulduzlu otel standartlarına cavab verən sanatoriyadır. Burada bütün otaqlarda balkon, isitmə və soyutma sistemləri, bornoz, tərlik vardır. Otaqlarda vanna otağı duş və digər lazımlı əşyalarla təchiz olunmuşdur.

Siz qonaqların rahatlığını düşünərək bütün lazım olan tibbi və müalicəvi prosedurlar sanatoriya binasının daxilindədir Qaşalti sanatoriyasında özünə məxsus sauna, fitnes mərkəzi, türk hamamı, buxar otağı və s. vardır. Eyni zamanda qonaqların asudə vaxtlarını düzgün dəyərləndirmək və istirahətlərini unudulmaz etmək üçün stolüstü oyunlar, bilyard, hava xokkeyi oynaya biləcəyi geniş və müəzzəm həyəti var.

Səhər yeməyi, nahar və şam yeməyi geniş çeşiddə və gündəlik dəyişən menyuda bir bufet tərzində təqdim olunur. Pəhriz yeməkləri Gashalti Health Hoteldə müalicənin ayrılmaz hissəsidir. Sanatoriyada uşaqlarınızın da istirahəti üçün uşaq oyun otağı var.Təhlükəsiz avtomobil dayanacağı da siz qonaqların rahatlığını düşünərək yaradılmışdır.

Chinar Hotel & Spa Naftalan

CHINAR HOTEL & SPA ən son tibbi- texnoloji avadanlıqlarla təchiz edilmiş, peşəkar otel personalı və tibbi heyət tərəfindən xidmət göstərilən,müasir müalicə-istirahət kompleksidir. Müalicə-istirahət kompleksi özündə 170 müxtəlif kateqoriyalı otel nömrələrini, Poliklinika, Naftalan Terapiya Mərkəzi,Fizioterapiya və SPA bölmələrini birləşdirir.

Ev rahatlığında geniş otaqlar və füsunkar mənzərə məhz sizlərin rahatlığı üçün təqdim edilir. Burada otaqlar üç kateqoriyadan ibarətdir. Otaqlar beşulduzlu otelin bütün standartlarında cavab verir və balkon, İsitmə və soyutma sistemləri, hamam duş otağı, bornoz və tərliklə təmin olunub.Bina daxilində bütün lazımi tibbi və müalicəvi prosedurların aparıldığı sağlamlıq mərkəzi vardır. Çinar sanatoriyasında əlillər üçün əlverişli şərait yaradılıb və bir neçə lift vardır.

” Chinar Hotel & Spa ” sanatoriyasının qonaqlarında fitness mərkəzi, üzgüçülük hovuzu, kürək hovuzu, sauna, türk hamamı, idman zalı var. Eyni zamanda azyaşlı qonaqların rahat istirahəti üçün uşaq oyun otağı, oyun meydançası da fəaliyyət göstərir.  Yeməklər açıq bufe şəklində təqdim olunur və hər biri keyfiyyətli məhsullardan hazırlanır. Dietik yeməklər de qonaqlara təqdim olunur.

Kəpəz sanatoriyası

Kəpəz sanatoriyası  2015- ci ildən fəaliyyət göstərən 4 ulduzlu sanatoriyadır.  Burada 3 kateqoriyalı otaqlar var. Otaqlar dörd ulduzlu otel  standartlarına cavab verir və bütün otaqlarda balkon vardır. Qonaqlara bornoz verilir. Bizim sanatoriyanın daxilində qonaqların rahatlığını düşünərək sağlamlıq mərkəzi fəaliyyət göstərir. Kepez sanatoriyasının yaxınlığında qonaqların rahat yürüyüş etməsi, fitonsidlə zəngin şam ağaclarının altında təmiz havadan faydalanması üçün geniş park vardır.

Sanatoriyanın Şam ağacları ilə zəngin olan park yaxınlığında yerləşməsi astma, bronxit xəstələri üçün əvəzedilməz məkan rolunu oynamışdır. Burada eyni zamanda futbol sevən qonaqlar üçün futbol stadionu da vardır. Yeməklər səhər,nahar və şam yemayi olmaqla menyu əsasında verilir. Eyni zamanda pəhrizdə olan qonaqlar üçün də xüsusi pəhriz yeməkləri hazırlanır.

Sehirli Naftalan

Sehirli Naftalan 3* sanatoriya kurort kompleksi beş ayrı binadan ibarətdir. Binalardan üçü qonaqların rahat qalması üçün , digərləri isə müalicə alması üçün avadanlıqlarla təchiz olunub. Burada 7 günlük menyu sistemi ilə yeməklər qonaqlara təqdim olunur. Həm milli, həm Avropa mətbəxindən, həm də pəhriz yeməkləri hazırlanır.

Uzun illik təcrübəyə malik olan “Sehirli Naftalan” sanatoriyasında ixtisaslı həkim və tibb bacıları fəaliyyət göstərir. Eyni zamanda 6 yaşdan yuxarı uşaqların da müalicəsi aparılır. Sanatoriyada qonaqların rahatlığı və boş Vaxtlarını səmərəli dəyərləndirmələri üçün hər cür şərait yaradılmışdır. Otaqlarda balkon vardır.

Gözəl Naftalan

Gözəl naftalan sanatoriyası şəhərin daxilində yerləşir. Mərkəz 2007-ci ildən ilboyu fəaliyyət göstərir. Mərkəzi binadakı bütün otaqlarda balkon var, otaqlar qonaqlar üçün lazım olan hər şeylə təchiz olunmuşdur. Xəstələr ilk növbədə hərtərəfli müayinədən keçirlər. Klinik – diaqnostika və biokimyəvi laboratoriya, EKQ otağı, ultrasəs otağı və yüksək ixtisaslı mütəxəssislərin (terapevt, nevropatoloq, ginekoloq, uroloq, stomatoloq, LOR) otaqları vaxtında düzgün diaqnoz qoymağa imkan verir.

Mərkəzdə xəstələrin müalicəsi kompleks şəkildə həyata keçirilir. “Gozel Naftalan” sanatoriyasında xəstələrin müalicəsi ilə yanaşı, onların istirahəti üçün hər cür şərait yaradılıb: ibadət otağı, kitabxana, kompüter oyunları otağı, internet, stolüstü oyunlar, bilyard, qadın və kişi salonları hər zaman istəyənləri gözləyir. Yeməklər milli və Avropa mətbəxindən olmaqla menyu əsasında hazırlanır.Eyni zamanda pəhriz yeməkləri də siz  qonaqlara təqdim olunur.Sanatoriyanın öz mühafizə olunan avtomobil dayanacağı fəaliyyət göstərir.

Naftalanda özümüz üçün uyğun olan sanatoriyanı necə seçək ?

Yaxşı müalicə və sağlamlıq ilk növbədə yaxşı sanatoriya seçimi ilə başlayır. Azərbaycanın qərbində yerləşən və kurort şəhəri olan  Naftalan şəhəri öz müalicəvi nefti və sanatoriyaları ilə məşhurdur.500 illik tarixə malik olan müalicəvi Naftalan nefti və yağı əvəzedilməz möcüzədir . Böyrək , ginekoloji, dəri xəstəlikləri,oynaq, əzələ-hərəkət sistemi , sinir sistemi və periferik xəstəlikləri ilə bağlı  səhhətinizdə problem varsa ən yaxşı seçim Naftalan sanatoriyalarıdır.

Effektiv müalicə xəstəlikdən 85-90% qurtulma şansı verir. Sizi Naftalanda yerləşən sanatoriyalarla tanış edəciyik.Bu sanatoriyalar hər biri müalicəvi əhəmiyyətli olub bir sıra meyarlara görə bir – birindən fərqlənirlər. Bu meyarlara yeməklərin keyfiyyəti, otaqların yaşayış rahatlığı , tibb müəssisələrinin keyfiyyəti və s. dir. Bunlardan ilk növbədə beşulduzlu otel statusu alan “Qarabağ Spa & Resort “, ” Gashalti Health Hotel ” və ” Chinar Hotel & Spa ” ilə daha ətraflı tanış olaq.

×

 

Salam!

WhatsApp-da söhbət etmək üçün aşağıdakı kontaktı klikləyin

× Sizə neçə kömək edə bilərik?