...

Nafta Hotel & Spa

Naftalan

Nafta Hotel & Spa sanatoriyası haqqında məlumat:

Nafta Sanatoriyası 4* kateqoriyasındadır. Otel binası 11 mərtəbəlidir. Əlavə olaraq -1 ci mərtəbədə geniş fizioprosedur mərkəzi, masaj və duz otağı, hidrokolonoterapiya , fito-boçka, yodbrom, karbon vannası, 4 kameralı naftalan vannası , hidromasaj və spa zonası  yerləşir. Qeyd edim ki, bütün tibbi ləvazimatlar, fizioaparatlar bu sahədə özünü doğrultmuş və müalicə keyfiyyəti yüksək  olan  BTL firmasınındır. 19 fizioprosedur kabini mövcuddur , hər fizioaparatdan ən azı 2 saydadır. Bu isə poliklinika sahəsində növbə yaratmadan vaxtında və keyfiyyətli müalicəyə şərait yaradır. Xüsusi ilə vurğulamaq istəyirəm ki, eyni kateqoriya otellərindən fərqli olaraq yalnız Nafta Sanatoriyasında 4 kameralı naftalan vannası, karbon vannası  və hidromasaj terapiyası aparılır.

 Həmçinin bu mərtəbədə istirahətinizə rəng qatacaq Disco Bar mövcuddur. “Disco Bar” qonaqlara dadlı А la carte menu, müxtəlif içkilər,  zövqlü canlı musiqi dinləmə imkanı, billiard zonası, karaoke və s. xidmətləri təklif edir. Geniş və müasir dizaynı burda əyləşən qonaqların zövqünü oxşayacaq.

11-ci mərtəbədə isə gözəl mənzərəyə açılan Fitness zalı xidmətinizdədir.  Zalda yüksək səviyyəli idman alətləri istifadə edə bilərsiniz.

Nafta Sanatoriyasında 3 kateqoriyadan ibarət 78 otaq mövcuddur: Standart Room, Deluxe Room və Junior Suite. Otaqlarda kondisioner, Led Tv ,pulsuz WIFI xidməti, seyf , mini soyuducu , elektrik çayniki, fen, mərkəzi isitmə sistemi və s var. Qonaqların daha rahat və nəfər sayına görə yerləşməsi üçün bu otaqlar ölçü və çarpayı çeşidinə görə də fərqlənir.

Standart Room 22 kv/m olub double, twin və triple olaraq 3 növə ayrılır.

Deluxe Room 42 kv/m -dir, 1 otaqlı geniş , işıqlı otaqda daha böyük ailənin yerləşməsi üçün şərait mövcuddur.

Junior Suite 30 kv/m-dir, 2 otaqlı nömrədir. Otaq sayının çox olması ayrı məkana keçib dincəlməyi sevən bəzi qonaqlar üçün ideal seçimdir.

Nafta Sanatoriyası müalicə alan qonaqlar üçün yüksək səviyyədə xidmət təklif edir. Otelin poliklinika şöbəsində 5 kişi və 5 qadın vannası olaraq 10 naftalan vannası zonası mövcuddur. Bu şöbədə hər bir tibb əməkdaşı sertifikasiyadan keçmiş , savadlı və naftalanla  müalicə sahəsində illərlə təcrübəsi olan həkim və tibbi personal işləyir. Sanatoriyada terapevt, kardioloq, uroloq, ginekoloq, USM, EKQ , laboratoriya həkimləri fəaliyyət göstərir.

Restoran şöbəsi Nafta Sanatoriyanın müasir dizaynla hazırlanmış daha bir sahəsidir. 130 qonağın rahatlıqla yerləşməsini təmin edən genişlikdədir. 3 dəfə qidalanma zamanı isveç masası şəklində , Milli, Türk, Avropa və Şərq mətbəxinin təamlarından dada bilərsiniz.  VİP Zalda xoş günlərinizi maraqlı, yaddaqalan olmasını istəyirsinizsə professional mətbəx və restoran əməkdaşlarına etibar edə bilərsiniz. Lobby Bar və mövsümə görə həm açıq , həm də qapalı şəkildə xidmətinizə veriləcək Terrasda təbiətin gözəlliyindən ilham alaraq çay dəstgahımızdan, müxtəlif kokteyl və içki, a la carte menyu və fast foodlardan sifariş verə bilərsiniz.

Standard otaq

  • Yetişkin: 2
  • Çocuklar: 1
  • Boyut: 22m²

Ücretten itibaren: AZN90 gecelik


Detayları Görüntüleyin

Deluxe otaq

  • Yetişkin: 2
  • Çocuklar: 2
  • Boyut: 42m²

Ücretten itibaren: AZN100 gecelik


Detayları Görüntüleyin

Junior Suite

  • Yetişkin: 2
  • Çocuklar: 1
  • Boyut: 30m²

Ücretten itibaren: AZN115 gecelik


Detayları Görüntüleyin

Triple otaq

  • Yetişkin: 3
  • Çocuklar: 1
  • Boyut: 22m²

Ücretten itibaren: AZN220 gecelik


Detayları Görüntüleyin

×

 

Salam!

WhatsApp-da söhbət etmək üçün aşağıdakı kontaktı klikləyin

× Sizə neçə kömək edə bilərik?
Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.